İran Türkiyəyə 20 ton humanitar yardım göndərib.
İran Kahramanmaraşda baş verən zəlzələdə zərərçəkənlər üçün Türkiyeyə 20 ton humanitar yardım göndərib.
İslamazeri.com xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, 20 ton humanitar yardım daşıyan yük təyyarəsi Şanlıurfa hava limanına enib.
Xatırladaq ki, fevralın 6-da Kahramanmaraşda “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən sonra İran Türkiyeyə 200 nəfərdən çox axtarış-xilasetmə və təcili yardım qrupları göndərərək Adıyamanda tam təchizatlı səhra xəstəxanası yaradıb.
Bundan əlavə, İran tonlarla humanitar yardım, dərman, tibbi avadanlıq da daxil olmaqla yardım materialları göndərib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan zəlzələlərdən sonra həmrəylik nümayiş etdirmək və başsağlığı vermək üçün martın 8-də Türkiyeyə gəlib, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb, həmçinin Adıyamandakı çadır və konteyner şəhərlərini ziyarət edib.