İran HHM qüvvələri İsfahan səması üzərində bir neçə PUA-nı vurub.
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İsfahandakı nüvə obyektləri tam təhlükəsiz şəraitdədir.
Hava hücumundan müdafiə sistemləri İranın digər bölgələrində də hücumları dəf edib. Belə ki, oxşar insidentlər Təbrizdə də yaşanıb.
Bundan başqa, Tehran, İsfahan və Şiraz üzərindəki uçuşlar bir müddətlik dayandırılıb.
Bu gün səhər saatlarında İsfahan şəhərində eşidilən partlayış səsləri şübhəli obyektlərə reaksiya verən hava hücumundan müdafiə (HHM) sistemlərinin işləməsi ilə bağlı olub. IRNA xəbər verir ki, bu bardə İran Ordusunun ikinci briqada generalı Siyavəş Mihandust bəyan edib.
“Bu gün səhərki partlayış səsi HHM-lərin şübhəli obyektlərə açdığı atəş ilə bağlı idi. Heç bir insident baş verməyib və zərər dəyməyib”, – deyə o qeyd edib.
Bir neçə saatdan sonra uçuşlara icazə verilib.
İran tərəfi hücumun xarici ölkə ərazisindən edilmədiyini bildirib və ölkəiçi diversantlar vasitəsilə həyata keçirilməsilə bağlı məlumatları araşdırır.