İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb
Yayınlanma tarixi: 14.12.2022 10:01:08

Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfəri başlayıb.

İslamazeri.com xəbər verir ki, Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.

GÜNÜN MANŞETLERİ