Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanında əksini tapıb.
Elektrik qurğularının texniki istismar qaydaları hazırlanacaq.
İslamazeri.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanında əksini tapıb.
Fərmana əsasən, Energetika Nazirliyi aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:
- elektrik qurğularının quraşdırılması qaydalarını;
- elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;
- elektrik qurğularının texniki istismar qaydalarını;
- elektrik enerjisinin istehlakı ilə bağlı texniki tələbləri.
Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.