Daxili işlər nazirinə yeni müavin təyin olunub

Daxili işlər nazirinə yeni müavin təyin olunub
Yayınlanma tarixi: 17.12.2022 13:02:35

Bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub.

Bu barədə "İslamazeri.com"a bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. General xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Digər sərəncamla, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov daxili işlər nazirinin yeni müavini təyin olunub.

GÜNÜN MANŞETLERİ