Bölgədə yaradılan istənilən qeyri-sabitliyin hədəfi yalnız İran deyil

Bölgədə yaradılan istənilən qeyri-sabitliyin hədəfi yalnız İran deyil
Yayınlanma tarixi: 1/26/2026 1:45:16 PM

"Eeyri-sabitliyin hədəfi yalnız İran deyil və təhlükəsizlik pozuntuları yoluxucu xarakter daşıyır." - Bəqai

İslamazeri.com-un xəbərinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın bölgədəki hərbi fəallığı və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə birgə keçirdiyi təlimlərə münasibət bildirərək deyib ki, İran hazırda da, bundan əvvəl də “kombinə edilmiş müharibə” ilə üz-üzədir.

Onun sözlərinə görə, sionist rejimin ötən ilin iyun ayında İrana qarşı həyata keçirdiyi hərbi təcavüzdən sonra son aylarda ABŞ və İsrail tərəfindən demək olar ki, hər gün yeni iddialar və təhdidlər səsləndirilib. Bəqayi vurğulayıb ki, bölgə ölkələri yaxşı anlayırlar: bölgədə yaradılan istənilən qeyri-sabitliyin hədəfi yalnız İran deyil və təhlükəsizlik pozuntuları yoluxucu xarakter daşıyır.

Sözçü bildirib ki, məhz buna görə region ölkələri arasında ortaq narahatlıq mövcuddur və beynəlxalq hüquqa və sülhə hörmət edən hər bir dövlət ABŞ-ın digər ölkələrə qarşı təhdidlərinə açıq mövqe sərgiləməlidir. O əlavə edib ki, İran öz imkanlarına və əvvəlki təcrübələrinə, o cümlədən iyun ayında baş vermiş “qəhrəmanlıq mübarizəsi”nin nəticələrinə arxalanır və indiyədək olduğundan daha güclü şəkildə istənilən təcavüzə hərtərəfli və peşmanedici cavab verəcək.

GÜNÜN MANŞETLERİ

İstiğfar namazı
DİN

İstiğfar namazı

1/26/2026 3:15:19 PM
Suriyada atəşkəs rejiminin müddəti uzadılıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Suriyada atəşkəs rejiminin müddəti uzadılıb

1/26/2026 2:10:01 PM
Yəmən Britaniya gəmisinin vurulma detallarını açıqlayacaq - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəmən Britaniya gəmisinin vurulma detallarını açıqlayacaq - VİDEO

1/26/2026 1:20:01 PM
İsrail bu səhər Livanı bombaladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail bu səhər Livanı bombaladı

1/26/2026 1:04:24 PM