İsrail bu səhər Livanı bombaladı

İsrail bu səhər Livanı bombaladı
Yayınlanma tarixi: 1/26/2026 1:04:24 PM

İsrailin işğalçı qüvvələri bu gün səhər tezdən Livanın cənubunda müxtəlif ərazilərə bir neçə hava zərbəsi endirib.

İslamazeri.com xəbər verir ki, “Əl-Mənar” telekanalının müxbirinin verdiyi məlumata görə,İsrail ordusunun aviasiyası İqlim ət-Tuffah bölgəsində, Luveyzə yüksəklikləri yaxınlığında yerləşən Əqmata bölgəsi hədəf alıb.

Bildirilib ki, bu zərbələr ötən axşam həyata keçirilən oxşar hücumların davamıdır. Həmin hücumlar zamanı Midun yüksəklikləri və Cəbur bölgəsi ağır raketlərlə vurulub, həmçinin Reyhan və Luveyzə yüksəklikləri arasında yerləşən Bərğəz vadisi və “Kəsarət əl-Urüş” ərazisi də hədəfə alınıb.

Müxbirin sözlərinə görə, iİsrail ordusu üç mərhələdə ağır raketlərlə ümumilikdə 14 hava zərbəsi endirib. Zərbələrdən 10-u Midun və Cəbur yüksəkliklərinə, 2-si Bərğəz vadisinə, digər 2-si isə Reyhan və Luveyzə yüksəklikləri arasında yerləşən “Kəsarət əl-Urüş” bölgəsinə yönəlib.

Hadisələrlə əlaqədar Livan ordusu güclü bombardman və bölgə üzərində işğalçı qüvvələrə məxsus pilotsuz uçuş aparatlarının intensiv uçuşu səbəbilə Kəfrəhuna nəzarət-buraxılış məntəqəsində yolu bağlayıb.

Bundan əlavə, bazar günü İsrail qüvvələrinin Sur bölgəsində, Bariş–Mərrub yolunda bir avtomobili hədəfə alması, həmçinin Bint Cübeyl qəzasında Xərbət Səlm və Kəfrduninə qəsəbələri arasında yerləşən bir “anqar”ın bombalanması nəticəsində iki mülki şəxs həlak olub.

Qeyd edək ki, bazar günü İsrail qüvvələri Livanın cənubunda və Bəkaa bölgəsində bir sıra hava hücumları həyata keçirib. Bu hücumlar İsrailin Livan ərazisinə qarşı davam edən hərbi eskalasiyası çərçivəsində baş verib.

GÜNÜN MANŞETLERİ

İstiğfar namazı
DİN

İstiğfar namazı

1/26/2026 3:15:19 PM
Suriyada atəşkəs rejiminin müddəti uzadılıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Suriyada atəşkəs rejiminin müddəti uzadılıb

1/26/2026 2:10:01 PM
Yəmən Britaniya gəmisinin vurulma detallarını açıqlayacaq - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəmən Britaniya gəmisinin vurulma detallarını açıqlayacaq - VİDEO

1/26/2026 1:20:01 PM
İsrail bu səhər Livanı bombaladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail bu səhər Livanı bombaladı

1/26/2026 1:04:24 PM