BMT Pakistanda baş vermiş terroru pisləyib

BMT Pakistanda baş vermiş terroru pisləyib
Yayınlanma tarixi: 1.02.2023 11:30:54

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş yanvarın 30-da Pakistanda məsciddə törədilən terror aktını pisləyib.

İslamazeri.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş yanvarın 30-da Pakistanda məsciddə törədilən terror aktını pisləyib.

BMT baş katibinin sözçüsü Stephan Dujarrik tərəfindən verilən açıqlamada “Hücumun ibadət yerində baş verməsi xüsusilə iyrəncdir", - ifadəsindən istifadə edilmişdir.

“Din və ya inanc azadlığının, o cümlədən dinc və təhlükəsiz şəraitdə ibadət edə bilmənin ümumbəşəri insan hüququ olduğunu” vurğulayan Quterreş hücumu pisləyib, həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib” açıqlamada qeyd edilib.

Qeyd edək ki, yanvarın 30-da Pakistanın Pişəvər şəhərində günorta namazı zamanı məscidə terror hadisəsi baş verib. Hadisə zamanı içərilərində polis əməkdaşları olmaqla 90 nəfər həlak olub, 150 nəfər yaralanıb.

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18