Bakıda marketdə satıcılara bıçaqla hücum edilib

Bakıda marketdə satıcılara bıçaqla hücum edilib
Yayınlanma tarixi: 11/24/2022 11:53:23 AM

Bakıda mağazaya bıçaqla hücum edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə noyabrın 23-də saat 7 radələrində Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birinə gələn şəxsin oradakı iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dələduzluğa və soyğunçuluğa görə məhkum olunmuş Ramin Mirzəyev müəyyən edilərək saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ

Ayətul Kursi
DİN

Ayətul Kursi

2/13/2026 10:00:33 AM
İsrailin Livana təcavüzü davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Livana təcavüzü davam edir

2/12/2026 1:46:53 PM