Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 45 %-dən çox artıb.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 574 milyon 946 min ABŞ dolları təşkil edib.
İslamazeri.com-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 179 milyon 43 min ABŞ dolları (45,2 %) çoxdur.
Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 52,5 % artaraq 502 milyon 816 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 8,9 % artaraq 72 milyon 130 min ABŞ dolları olub.
Hesabat dövründə Gürcüstan ilə ticarət ümumi dövriyyənin 2,3 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın 3 %-ni, Gürcüstandan idxal isə ümumi idxalın 0,8 %-ni təşkil edib.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.