Azərbaycanın dövlət borcu açıqlanıb

Azərbaycanın dövlət borcu açıqlanıb
Yayınlanma tarixi: 1/28/2026 3:30:33 PM

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları (8 milyard 183 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 6,3 %-i qədər, daxili dövlət borcu isə 17 milyard 804,5 milyon manat və yaxud ÜDM-in 13,8 %-i qədər olub.

İslamazeri.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 6,7 %, daxili dövlət borcu isə 4,6 % azalıb.

Beləliklə, ötən ilin sonuna ölkənin dövlət borcu 25 milyard 987,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin sonuna nisbətən 5,3 % azdır.

2025-ci ilin dövlət büdcəsindən daxili dövlət borcu üzrə 757 milyon manat (əsas borc üzrə 136,8 milyon manat, faiz borcu üzrə 620,2 milyon manat), xarici dövlət borcu üzrə 1 milyard 342,5 milyon manat olmaqla (əsas borc üzrə 959,7 milyon manat, faiz borcu üzrə 382,8 milyon manat), ümumilikdə 2 milyard 99,5 milyon manat ayrılıb, dövlət borcuna xidmət xərclərində ümumilikdə 300,1 milyon manat qənaət formalaşdırılıb.

GÜNÜN MANŞETLERİ

Kumeyl duası
DİN

Kumeyl duası

1/28/2026 2:30:01 PM
İran: Mossad casusunu edam etdik - ƏTRAFLI
REGİON / İRAN

İran: Mossad casusunu edam etdik - ƏTRAFLI

1/28/2026 11:48:40 AM