Trampdan İrana yeni təhdid
İslamazeri.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı təhdidlərini təkrarlayaraq, böyük bir "donanma"nın ölkəyə doğru getdiyini deyib.
Tramp çıxışında bildirib:
"Bu arada, hazırda İrana doğru başqa bir möhtəşəm donanma gedir. Görək nə olacaq. Ümid edirəm ki, razılaşma əldə edəcəklər. İlk dəfə razılaşma əldə etməli idilər. O zaman bir ölkəyə sahib olardılar."
Tramp həmçinin iyun ayında üç obyektə edilən hücumlarla İranın nüvə imkanlarını "məhv etdiyini" iddia edib.