Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub
Yayınlanma tarixi: 29.04.2023 18:09:47

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İslamazeri.com"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 354 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 861 nəfər müalicə olunaraq sağalıb, 10 241 nəfər vəfat edib, aktiv xəstə sayı 252 nəfərdir.

Ölkədə son sutka ərzində 1 186, hazırkı dövrədək isə 7 589 504 test aparılıb.

GÜNÜN MANŞETLERİ