Ceyhun Bayramov və Seyid Abbas Əraqçi bölgədəki son vəziyyət və ikitərəfli münasibətlər barədə telefonla danışıblar.
İslamazeri.com xəbər verir ki, İran XİN başçısı Seyid Abbas Əraqçi İsrail və ABŞ tərəfindən İranın digər ölkələrlə münasibətlərini poza biləcək “saxta bayraq” əməliyyatları barədə Ceyhun Bayramovu məlumatlandırıb.
Mövcud şəraitdə hər hansı anlaşılmazlığın aradan qaldırılması üçün iki ölkə arasında sıx məsləhətləşmələrin davam etdirilməsinin önəmi qeyd edilib.
ℹ️“Saxta bayraq” (false flag) termini — bir əməliyyatın və ya hücumun əsl müəllifini gizlədərək, məsuliyyəti başqa bir tərəfin üzərinə qoymaq üçün edilən hərəkət deməkdir. Əslində kiminsə törətdiyi hadisə, guya başqa qüvvə tərəfindən həyata keçirilmiş kimi göstərilir.