Azərbaycan İranla Araz çayı üzərində körpü tikintisinə başlayıb

Azərbaycan İranla Araz çayı üzərində körpü tikintisinə başlayıb
Yayınlanma tarixi: 27.12.2022 17:07:47

Bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan İranla artıq Araz çayı üzərində körpü tikintisinə başlayıb.

İslamazeri.com xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Zəngilandan Naxçıvana alternativ yolu olacaq.

"Azərbaycan çox müstəqil siyasət həyata keçirən bir dövlətdir. Milli maraqlarımızı istənilən halda irəliyə aparacağıq, - deyə nazir vurğulayıb.

GÜNÜN MANŞETLERİ