Bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Qlobal Bakı Forumunda “Yeni dünya iqtisadiyyatı” mövzusunda keçirilən panel müzakirələrdə çıxış edib.
İslamazeri.com-un "Oxu.az"-a istinadən verdiyi məlumata əsasən, Ş.Mövsümov deyib ki, koronavirus pandemiyası dövründə, Azərbaycanın 2020-ci il üzrə Ümumi Daxili Məhsulu 4.2 faiz, ölkəyə gələn turistlərin sayı isə 4 milyon nəfər azalıb.
O bildirib ki, Azərbaycan pandemiya dövründə ölkə iqtisadiyyatında özəl sektora 2 milyard manat pul ayırıb.
Şahmar Mövsümov Azərbaycan iqtisadiyyatında artımın proqnozlaşdırıldığını da deyib.