Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir.
İslamazeri.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.
Paylaşımda deyilir:
“Birik, bərabərik və güclüyük!
Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri “21-ci Məskunlaşmış Məhəllələrdə Terroristlərlə Mübarizə Əməliyyat Kursu” çərçivəsində təlim keçirlər”.