Azad edilmiş rayonların elektron su xəritəsi hazırlanıb

Azad edilmiş rayonların elektron su xəritəsi hazırlanıb
Yayınlanma tarixi: 12/24/2022 2:07:54 PM

"Azad edilmiş rayonların Baş Planlarının hazırlanması məqsədilə uçuş aparatları vasitəsilə 240 kvadrat kilometr ərazidə çəkilişlər aparılıb, müxtəlif miqyaslı topoxəritələr və “Elektron su xəritəsi” hazırlanıb".

İslamazeri.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”na həsr olunmuş konfransda “Böyük Qayıdışın ekoloji aspektləri” mövzusunda çıxışı zamanı bu barədə məlumat verib.

Onun sözlərinə görə, “Qarabağın təbii ehtiyatlar atlası” tərtib olunub, digər zəruri topoqrafik işlər görülüb.

Nazir qeyd edib ki, iqtisadiyyatın dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala olan tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işləri, yataqların istismara cəlb olunması aktual məsələlərdəndir:

"Odur ki, tikinti-quruculuq işləri nəzərdə tutulan hər bir rayon üzrə infrastruktur layihələrinin icrasını sürətləndirmək və yer təki istismara verilməsi üçün normativ hüquqi aktlarda dəyişikliklər edilib".

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM