Avstriyada qaçqınlar aclıq aksiyasına başlayıb

Avstriyada qaçqınlar aclıq aksiyasına başlayıb
Yayınlanma tarixi: 23.12.2022 10:15:04

Aclıq aksiyasının müddəti qeyri-müəyyən olsa da, qaçqınları daimi yaşayış məntəqələrinə daşıyacaq qurum hələlik növbəti köçürmənin nə vaxt ediləcəyi ilə bağlı məlumat paylaşa bilməyəcəklərini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Avstriyanın Sloveniya ilə sərhədindəki Ştiriya əyalətində müvəqqəti çadır qəsəbəsində qalan 30-a yaxın qaçqın daimi mərkəzlərə keçid müddətinin uzadılması səbəbindən aclıq aksiyasına başlayıb.

Aksiya iştirakçıları qaçqınların müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış mərkəzlərinə keçid dövrünün uzun olduğun və Milad bayramının yaxınlaşması ilə prosesin daha da uzadılacağını qeyd edərək vəziyyətin həllini tələb edirlər.

Aclıq aksiyasının müddəti qeyri-müəyyən olsa da, qaçqınları daimi yaşayış məntəqələrinə daşıyacaq qurum hələlik növbəti köçürmənin nə vaxt ediləcəyi ilə bağlı məlumat paylaşa bilməyəcəklərini açıqlayıb.

GÜNÜN MANŞETLERİ