Ağdam və Füzulidə zəfər və işğal muzeylərinin layihələri təsdiqlənib

Ağdam və Füzulidə zəfər və işğal muzeylərinin layihələri təsdiqlənib
Yayınlanma tarixi: 10/19/2022 2:10:38 PM

Ağdam və Füzuli rayonlarında inşa edilməsi planlaşdırılan zəfər və işğal muzeylərinin layihələri təsdiqlənib, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.

İslamazeri.com xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” Sərgisi və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində təşkil olunmuş, Qarabağda biznes və investisiya imkanlarına həsr edilmiş konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.

"Tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın inşasına da başlanılacaq. Hazırda isə işğaldan azad edilmiş ərazilərdə 4 məktəb tikiilir, onlardan 2-si bu ilin sonuna qədər təhvil veriləcək. Həmçinin həmin ərazilərdə 9 magistral avtomobil yolu, 2 dəmir yolu inşa edilir, enerji və su təchizatı baxımından işlər aparılır", - deyə o, qeyd edib.

"Mədəni irsin qorunması da bizim üçün əsas prioritetdir. Hazırda Ağdamdakı Cümə və digər məscidlərdə bərpa işləri aparılır", -deyə B.Hacıyev əlavə edib.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM