ABŞ-ın Ərbildəki silah anbarında partlayış olub

ABŞ-ın Ərbildəki silah anbarında partlayış olub
Yayınlanma tarixi: 19.12.2022 13:30:33

Bu partlayış işğalçı Amerika qüvvələrinin Peşmərgəyə təlim keçmək üçün istifadə etdiyi təlim və silah anbarı mərkəzində baş verib.

İraq Kürd Bölgəsinin mərkəzi Ərbildə ABŞ-ın silah anbarının partladığı bildirilib.

İslamazeri.com xəbər verir ki, bazar günü səhər saatlarında, Ərbil vilayətinin Habat rayonu ətrafındakı Kani Karjala bölgəsində güclü partlayış baş verib.

Bununla bağlı İraq mənbələri “ilkin təsbitlərə görə, bu səs-küyün mənbəyi ABŞ və Peşmərgənin silah anbarında baş verən partlayışdır”, - deyə bildirib.

Bu partlayış işğalçı Amerika qüvvələrinin Peşmərgəyə təlim keçmək üçün istifadə etdiyi təlim və silah anbarı mərkəzində baş verib.

GÜNÜN MANŞETLERİ