ABŞ-da Türk Evinə hücum edilib

ABŞ-da Türk Evinə hücum edilib
Yayınlanma tarixi: 23.05.2023 10:00:47

Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin yanındakı Türk Evinə hücum edilib.

İslamazeri.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyənin BMT-dəki daimi nümayəndəliyi və Nyu-Yorkdakı baş konsulluğunun yerləşdiyi Türk Evinə hücum edilib.
Məlumata əsasən, naməlum bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb.
Nyu York polisi hücumla bağlı araşdırmalara başlayıb.
Türkiyenin Nyu Yorkdakı baş konsulu Reyhan Özgür hücumla bağlı verdiyi açıqlamada bildirib ki, Türk Evinə edilən hücum nəticəsində xəsarət alan olmayıb.
Baş konsul Reyhan Özgür qeyd edib ki, hadisə yerli vaxtla saat 03:14-də naməlum şəxs tərəfindən törədilib. O, təcavüzkarın əlindəki dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırdığını deyib.
”Hücumla bağlı Nyu York polisinə məlumat verilib. Yerli hakimiyyət orqanlarına təcavüzkarın müəyyən edilərək saxlanmasını gözlədiyimizi çatdırdıq”,-deyə Reyhan Özgür bildirib.

 

 

 

 

GÜNÜN MANŞETLERİ