Namazı yüngül saymağın insana gətirdiyi bəlalar

Namazı yüngül saymağın insana gətirdiyi bəlalar
Yayınlanma tarixi: 10/1/2022 2:28:01 PM

İslamazeri.com-un Din rubrikasından...

İslamazeri.com: İslam Peyğəmbəri (s) buyurmuşdur: 

"Hər kim səhlənkarlıq edib namaz qılmamaq fikrində olsa, Allah-Taala ona 17 bəla verər: 5-i dünyada, 3-ü ölən vaxt, 3-ü qəbirdə, 3-ü Qiyamətdə və 3-ü Sirat körpüsündən keçəndə.

Dünyada: 

1. Yaşayışında ruzi və bərəkət çəkilər

2. Üzündən nur çəkilər

3. İslam dinindən ona bəhrə çatmaz

4. Duası qəbul olunmaz

5. Saleh şəxslərin onun barəsində etdiyi duaları qəbul olunmaz

 

Ölən vaxtda:

1. Zillətlə can verər. Özündə elə ağırlıq hiss edər ki, sanki dağ altında qalıb və elə zəifləyər ki, sanki ona şallaq vurublar.

2. Elə teşnə olar ki, əgər dünyanın bütün suyunu içsə, yenə doymaz

3. Elə acar ki, əgər dünyanın bütün yeməklərini yesə, yenə doymaz

 

Qəbrdə:

1. Şiddətli qəm və qaranlıq

2. Qəbr sıxıntısı və Qiyamətə qədər əzab

3. Rəhmət mələklərinin müjdəsindən məhrumluq

 

Qiyamətdə:

1. Heyvan surətində məşhur olar

2. Əməl dəftəri sol əlinə verilər

3. Hesabı uzun çəkər

 

Sirat körpüsündə:

1. Allah rəhmət nəzərini ona salmaz və (günahdan) paklanmaz

2. Günahından əvəz qəbul olunmaz

3. Hesabına görə min il saxlanılar, sonra onu Cəhənnəmə daxil edərlər (Allah Quranda buyurur: (Cəhənnəm əhlindən soruşdular) Sizi Cəhənnəmə salan nədir? Cavab verərlər: Biz namaz qılanlardan deyildik! (Müddəssir 42))

GÜNÜN MANŞETLERİ

Azərbaycana yay fəsli daxil olub
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycana yay fəsli daxil olub

6/21/2026 1:21:06 PM
Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib
REGİON / İRAN

Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib

6/21/2026 11:00:06 AM
İran nümayəndə heyəti İsveçrədədir
REGİON / İRAN

İran nümayəndə heyəti İsveçrədədir

6/21/2026 10:21:43 AM
İsrailin dinc əhaliyə qarşı qırğını davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin dinc əhaliyə qarşı qırğını davam edir

6/20/2026 12:30:11 PM