Tramp Səudiyyə Ərəbistanının nüvə razılaşmasını İsrailin şərtləri ilə əlaqələndirib

Tramp Səudiyyə Ərəbistanının nüvə razılaşmasını İsrailin şərtləri ilə əlaqələndirib
Yayınlanma tarixi: 7/23/2026 5:59:49 PM

Tramp Səudiyyə Ərəbistanının nüvə razılaşmasını İsrailin şərtləri ilə əlaqələndirib.

İslamazeri.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün Truth Social hesabında paylaşım edərək bildirib ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında hazırlanan mülki nüvə sazişi Səudiyyə Ərəbistanının İsrail ilə münasibətləri normallaşdırmasından asılı olacaq.

Sazişin tənqidinə cavab olaraq Tramp bildirib ki, bu saziş Səudiyyə Ərəbistanına uranı zənginləşdirməyə imkan verməyəcək.

Tramp paylaşımında İranın nüvə proqramının dinc məqsədlərlə istifadəsinə də toxunaraq bildirib: "ABŞ Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı arasında mülki nüvə sazişi açıq şəkildə heç bir uran zənginləşdirmə fəaliyyətini əhatə etməyəcək və yalnız mülki məqsədlərə xidmət edəcək. Bu, əvvəllər İran, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr tərəfindən istifadə edilən sazişə bənzər bir saziş olacaq və təsdiqlənəcək."

Tramp bildirib ki, sazişin icrası "tamamilə Səudiyyə Ərəbistanının yüksək hörmətli və uğurlu İbrahim Sazişlərinə qoşulmasından asılıdır."

O, paylaşımını ABŞ-ın uranı zənginləşdirməyi nəzərdə tutmayan mülki nüvə obyektlərinə qarşı olmadığını yazmaqla yekunlaşdırıb.

GÜNÜN MANŞETLERİ