İran Ordusu Küveytdəki ABŞ bazalarına qarşı pilotsuz təyyarə əməliyyatı keçirdiyini bildirdi.
İslamazeri.com xəbər verir ki, İran Ordusu Küveytdəki ABŞ bazalarına qarşı cavab əməliyyatı keçirdiyini açıqlayıb.
Ordunun açıqlamasında deyilir: “Düşmənin ölkəyə qarşı davam edən təcavüzünə cavab olaraq, İran Ordusu “Saika Əməliyyatı”nın 23-cü mərhələsini həyata keçirdi. Bu çərçivədə, bir neçə saat əvvəl, uşaq öldürən ABŞ ordusuna məxsus əl-Duha bazasındakı sursat və logistika anbarları, Əli əs-Səlim bazasındakı yanacaq çənləri və Küveytdəki Arifcan düşərgəsindəki sursat anbarları intensiv kamikaze pilotsuz təyyarə hücumu ilə hədəfə alındı.”
İnqilab Keşikçiləri Korpusu da Küveytdəki ABŞ hərbi elementlərinə qarşı pilotsuz təyyarə hücumları həyata keçirdiyini və müxtəlif hərbi hədəflərə zərbələr endirdiyini açıqlamışdı.