Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Yəmənə zərbələr endirib.
İslamazeri.com xəbər verir ki, koalisiya Yəmənin cənub-şərqində yerləşən Əd-Dali əyalətində Cənub Keçid Şurasının silahlı dəstələrinə hücum edib.
Belə ki, koalisiya qüvvələri mövqelərini tərk edən silahlı qrupların hərəkətini izləyib və onları Əd-Dalidə Əl-Zənd düşərgəsi yaxınlığında yerləşən binada aşkar edib. Bundan sonra hücumlar həyata keçirilib.