İran kəşfiyyatı İsrailin müqəddəs yerlərə qarşı çirkli plan hazırladığını açıqlayıb

İran kəşfiyyatı İsrailin müqəddəs yerlərə qarşı çirkli plan hazırladığını açıqlayıb
Yayınlanma tarixi: 3/7/2026 11:13:36 AM

İran Kəşfiyyat Nazirliyi İsrailin müqəddəs yerlərə qarşı çirkli bir plan hazırladığını açıqlayıb.

İran Kəşfiyyat Nazirliyi İsrailin müqəddəs yerlərə qarşı çirkli bir plan hazırladığını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Tasnim Xəbər Agentliyinin siyasi mənbələrdən aldığı məlumata görə, bölgədəki Amerika-İsrail ittifaqının təcavüzünə qarşı olaraq, İranın müsəlman əhalisi arasında sürətlə artan populyarlığını hədəf alan "saxta bayraq" əməliyyatı aşkar edilib.

Netanyahu və onun yaxın ətrafı tərəfindən təşkil edilən plan, Qüds günündən əvvəl Əl-Əqsa məscidinə dronlar və ya raketlərlə hücum etmək və İranı və Müqavimət Oxunu bu cinayətin günahkarları kimi göstərmək məqsədi daşıyır.

Bu əməliyyat üçün yerində konkret hazırlıqlar barədə məlumatlar da paylaşılıb. Kəşfiyyat məlumatları göstərir ki, dünəndən etibarən İsrail Əl-Əqsa məscidi ətrafında yaşayan yəhudi əhalisini "qisas" və ya "təsadüf" adı altında mümkün hücumdan qorumaq üçün təxliyə etməyə başlayıb.

Kəşfiyyat Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib ki, "Netanyahu dəstəsi bu şeytani planla ərəbləri və müsəlmanları İran İslam Respublikasına qarşı təhrik etməyə ümid edir".

Rəsmi, həmçinin dünyanın bütün vicdanlı insanlarını və müsəlmanlarını cinayətkar İsrailin və onun Qərb tərəfdarlarının bu sui-qəsdinə qarşı ayıq olmağa çağıraraq, bu açıqlamanın tarixi bir xəbərdarlıq olduğunu vurğulayıb.

Tasnim Xəbər Agentliyinin verdiyi "saxta bayraq" əməliyyatı məlumatları, amerikalı jurnalist Tucker Karlsonun bu yaxınlarda öz proqramında təqdim etdiyi təhlil və görüntülərə bir bənzəyir.

GÜNÜN MANŞETLERİ