Əraqçi: Netanyahu həbsə düşməmək üçün atəşkəsdən yayınır
Binyamin Netanyahunun cinayət işi üzrə məhkəmə prosesi bazar günü yenidən başlayacaq.
İslamazeri.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi özünün "X" sosial əbəkə hesabında yazıb.
O, bildirib ki, Livan da daxil olmaqla, bütün regionda hərtərəfli atəşkəs rejiminin bərqərar olması Netanyahunun həbsxanaya göndərilməsi prosesini sürətləndirə bilər.
Əraqçi bildirib:
"Əgər Amerika Birləşmiş Ştatları Netanyahunun diplomatiyanı məhv etməsinə icazə verməklə öz iqtisadiyyatını süquta uğratmaq istəyirsə, bu, nəticə etibarilə Amerikanın öz seçimi olacaq. Biz belə bir addımı düşüncəsizlik hesab edirik, lakin buna hazırıq".