Qalibaf: İranın düşmənləri özlərini sonsuz bataqlığa sürükləyirlər

Qalibaf: İranın düşmənləri özlərini sonsuz bataqlığa sürükləyirlər
Yayınlanma tarixi: 6/12/2026 10:46:28 AM

Qalibaf: İranın düşmənləri özlərini sonsuz bataqlığa sürükləyirlər.

İslam Respublikasının düşmənləri özlərini sonsuz bataqlığa sürükləyirlər.

İslamazeri.com xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib.

O bildirib ki, ölkəsinə qarşı yönəlmiş səhv strategiyalar və düşünülməmiş qərarlar mövcud vəziyyəti daha da pisləşdirəcək.

“(Bu hərəkətlər) enerji infrastrukturunun və bazarların sarsılmasına səbəb olacaq”, – deyə Qalibaf qeyd edib.

İranlı spiker əlavə edib ki, İranın düşmənləri öz yanlış addımlarının nəticəsində özlərini “içində illərlə ilişib qalacaqları sonsuz bir bataqlığa sürükləyəcəklər”.

Qalibaf vurğulayıb ki, ölkəsinin düşmənləri tamamilə fərqli bir İran görəcəklər.

GÜNÜN MANŞETLERİ