İran XİN ABŞ-la 10 günlük atəşkəs əldə edildiyi barədə yayılan məlumatları təkzib edib

İran XİN ABŞ-la 10 günlük atəşkəs əldə edildiyi barədə yayılan məlumatları təkzib edib
Yayınlanma tarixi: 7/27/2026 4:12:16 PM

İran XİN ABŞ-la 10 günlük atəşkəs əldə edildiyi barədə yayılan məlumatları təkzib edib.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün keçirilən mətbuat konfransında bildirib ki, hazırda ABŞ ilə birbaşa danışıqlar aparılmır.

Bəqayi bəzi media orqanlarında iki tərəf arasında 10 günlük atəşkəs əldə edildiyi barədə yayılan məlumatları təkzib edib.

Mətbuat konfransında çıxış edən Bəqayi deyib: "Mediada yayılan fərziyyələrə inanmayın. Hazırda Amerika ilə heç bir danışıqlar aparmırıq".

O bildirib ki, davam edən təmaslar Oman Sultanlığı ilə müzakirələrlə məhdudlaşır və bu müzakirələr Hörmüz boğazında zəruri tənzimləmələrə və dəniz nəqliyyatı mexanizmlərinə yönəlib.

Bəqayi əlavə edib: "İki sahil dövləti olaraq, dəniz nəqliyyatı ilə bağlı mexanizmləri qəbul etmək üçün Omanla işləyirik və bu məsləhətləşmələr hələ də davam edir".

GÜNÜN MANŞETLERİ