Məşədi Dadaş məscidinə yeni imam təyin edilib

Məşədi Dadaş məscidinə yeni imam təyin edilib
Yayınlanma tarixi: 2.05.2023 11:19:29

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Bakıdakı Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

İslamazeri.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əli Şərbətov məscidə imam təyin olunub və o, bu gün Məşədi Dadaş məscidinin dini icmasına təqdim olunacaq.

M.Qurbanlı həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək".

GÜNÜN MANŞETLERİ