Azərbaycanda 50 min müəllim ixtisar oluna bilər - SƏBƏB

Azərbaycanda 50 min müəllim ixtisar oluna bilər - SƏBƏB
Yayınlanma tarixi: 3/13/2026 12:22:26 PM

Azərbaycanda 50 min müəllim ixtisar oluna bilər.

Azərbaycanda əhalinin azalması 50 min müəllimin ixtisarına səbəb ola bilər.

İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsində parlament sədrinin birinci müavini Əli Əhmədov deyib.

“Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. Bu temp davam etsə, bizim məktəblərimizdə oxuyanların sayı təxminən 1 milyon olacaq ki, bu da 50 min müəllimin ixtisarı deməkdir. Bu, həm iqtisadiyyata, həm də sosial siyasətə təsirini göstərəcək. Güman edirəm ki, 2026-cı ildə hökumətin demoqrafik vəziyyətə nəzarəti artacaq”, - deyə Əli Əhmədov qeyd edib.

GÜNÜN MANŞETLERİ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb
REGİON / TÜRKİYƏ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb

4/22/2026 2:22:00 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

4/22/2026 1:04:38 PM