Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir

Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir
Yayınlanma tarixi: 4/26/2026 11:32:54 AM

Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir.

ABŞ prezidenti Donald Tramp Avropanın əleyhinə hərəkətlər edir.

İslamazeri.com xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
Makron ABŞ-ın “o qədər də etibarlı müttəfiq olmadığını” və “heç kimin Vaşinqtona tam güvənə bilmədiyini” vurğulayaraq avropalıları “ayılmağa” çağırıb.
Fransa prezidenti Avropanı təşəbbüs göstərməyə və təhlükəsizlik məsələlərində daha müstəqil rolunu gücləndirməyə səsləyib. O hesab edir ki, Avropa İttifaqı qarşısında duran bütün məsələləri həll etmək üçün yalnız NATO-ya arxalanmaq kifayət deyil.
Makron Avropa İttifaqı daxilində öz müdafiə və siyasi mexanizmlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

GÜNÜN MANŞETLERİ