"Leyli və Məcnun" kitabı Beynəlxalq kitab sərgisində yer alıb

Yayınlanma tarixi: 10/25/2021 7:39:40 PM

Kitabın Alman dilinə tərcüməsi yaxın günlərdə bir sıra ölkələrin ədəbi ictimaiyyətinə təqdim olunacaq.

Yaxın günlərdə Almaniyanın “Hans-Jürgen Maurer” nəşriyyatında işıq üzü görmüş “Leyli və Məcnun” kitabı dünyanın ən böyük kitab sərgilərindən olan Frankfurt Beynəlxalq Kitab Sərgi-Yarmarkasında – Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə sərgi çərçivəsində açılmış “Azərbaycan ədəbiyyatı” bölümündə sərgilənir.

Tərcümə Mərkəzindən İslamazeri.com-a bildirilib ki, kitabın alman dilinə tərcümə müəllifi – tanınmış alman mütərcimi Rudolf Qelpke, ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – Hans-Jürgen Maurerdir.

Kitabın yaxın günlərdə Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn və Lüksemburqun mərkəzi kitabxana və kitab evlərinə yerləşdiriləcəyi, ölkələrin ədəbi ictimaiyyətinə təqdim ediləcəyi nəzərdə tutulur.

FOTO

GÜNÜN MANŞETLERİ

Qaribaşvili həbs edildi
REGİON / GÜRCÜSTAN

Qaribaşvili həbs edildi

1/12/2026 4:28:16 PM
İmam Əli (ə) hərəmindən FOTOLAR
DİN

İmam Əli (ə) hərəmindən FOTOLAR

1/12/2026 4:03:27 PM