İsrailə yenidən kiberhücum edilib

İsrailə yenidən kiberhücum edilib
Yayınlanma tarixi: 11/3/2021 5:37:45 PM

Kiberhücum nəticəsində İsrailin üç ən böyük mühəndislik şirkətinin məlumat bazaları ələ keçirilib.

İslamazeri.com-un "Eastnews.org"-a istinadən verdiyi xəbərə görə, İsrailin aparıcı qurum və şirkətlərinə edilən son kiberhücumlardan sonra bir haker qrupu dünən rejimin üç ən böyük mühəndislik şirkətini sındıraraq onların məlumat bazalarını ələ keçirib. "Yedioth Aharonot" qəzeti ötən həftə Müdafiə naziri Benni Qantz və yüzlərlə hərbçinin görüntülərini yayımlayan haker qrupunun "Musanın əsası" kimi tanındığını bildirib.   Məlumata görə, qrup son kiberhücumda mühəndislik firması "Ehud Lothian", "David" və H.G.M-ni sındırıb. "The Jerusalem Post" qəzeti də bu xəbəri verərək yazıb ki, üç mühəndislik şirkətindən sızdırılan məlumatlarda layihələr, xəritələr, müqavilələr, şəkillər, məktublar və video konfrans görüntüləri var.   "Musanın əsası" haker qrupu sızdırdıqları məlumatların onlarda olan bütün məlumatları ehtiva etmədiyini və qalan məlumatları tədricən açıqlayacaqlarını bildirib.

GÜNÜN MANŞETLERİ

Daşaltı əməliyyatından 34 il ötür
ÖLKƏ / HƏRBİ

Daşaltı əməliyyatından 34 il ötür

1/26/2026 9:43:43 AM
Nəcəfdə mövlud- FOTO
DİN / MÖVLUDLAR

Nəcəfdə mövlud- FOTO

1/25/2026 1:00:01 PM
Maddi problemlərin həlli
DİN

Maddi problemlərin həlli

1/25/2026 11:22:10 AM
Qəzzada 10 uşaq soyuqdan can verdi
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada 10 uşaq soyuqdan can verdi

1/25/2026 10:37:50 AM