İsrailin atəşkəsdən sonra da Qəzzaya hücumları davam edir

İsrailin atəşkəsdən sonra da Qəzzaya hücumları davam edir
Yayınlanma tarixi: 1/23/2026 1:25:45 PM

Qəzzada atəşkəs razılaşması çərçivəsində bir sıra pozuntu hallarının baş verdiyi bildirilir. Məlumata görə, cümə günü İsrail ordusu tərəfindən bəzi ərazilərdə atəş açılması və artilleriya atəşi qeydə alınıb.

İslamazeri.com xəbər verir ki, Fələstin mənbələri bildiriblər ki, hərbi texnika Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərinin şərqinə, eləcə də zolağın cənubundakı Xan Yunis şəhərinin şərqinə doğru atəş açıb.

Eyni mənbələrə əsasən, razılaşmanın humanitar müddəalarının icrasında da problemlər yaşanır. Bildirilir ki, köçkünlərin yerləşdirilməsi və humanitar yardım üçün nəzərdə tutulan avadanlıqların bölgəyə girişində məhdudiyyətlər qalmaqdadır. Bu vəziyyətin xüsusilə hava şəraitinin pisləşməsi fonunda humanitar çətinlikləri artırdığı qeyd olunur.

Məlumata görə, atəşkəsin ikinci mərhələsinə uyğun olaraq geri çəkilməli olan bəzi ərazilərə yaxın zonalarda təhlükəsizlik insidentləri qeydə alınıb. Atəşkəsin ikinci mərhələsi ötən həftə qüvvəyə minib, lakin onun bütün müddəalarının praktikada tam icra olunmadığı bildirilir.

Fələstin tərəfinin məlumatına əsasən, oktyabrın 10-dan qüvvədə olan atəşkəs razılaşmasının pozulması nəticəsində 492 nəfər həyatını itirib, 1301 nəfər yaralanıb.

GÜNÜN MANŞETLERİ

Polşa nüvə silahına sahib olmaq istəyir
DÜNYA / MARAQLI

Polşa nüvə silahına sahib olmaq istəyir

2/16/2026 1:49:25 PM
Obamadan Trampa CAVAB
DÜNYA / MARAQLI

Obamadan Trampa CAVAB

2/16/2026 12:20:01 PM
Sabah 73 mindən çox abonentin qazı kəsiləcək
ÖLKƏ / HADİSƏ

Sabah 73 mindən çox abonentin qazı kəsiləcək

2/16/2026 12:02:54 PM
İsrail Qərb Sahilini
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qərb Sahilini "dövlət ərazisi" elan etdi

2/16/2026 11:39:15 AM