Suriya mənbələri bildirir ki, İsrail hərbçilərinin Quneytərə əyalətində hücumları davam edir və nəticədə şəhərdə tarixi bir xəstəxana dağıdılıb.
İslamazeri.com xəbər verir ki, hücumlar Suriyanın müvəqqəti hökumətinin başçısı Əhməd əl-Şaaranın İsrail rejiminin təcavüzünə qarşı mübarizə və həyati əhəmiyyətli obyektləri qoruma imkanlarının zəif olduğu bir dövrdə baş verir. Ekspertlər və fəallar təcavüzlərin dərhal dayandırılması və hüquqi, diplomatik qarşı tədbirlərin gücləndirilməsini tələb edirlər.
Əl-Məyadin telekanalı yerli mənbələrə istinadla xəbər verir ki, İsrail işğalçı qüvvələrinin patrulu Quneytərənin cənubundakı Rəfid şəhərciyinə hücum edib.