Etirazçılar molotov kokteylləri ataraq binaya ciddi ziyan vurublar.
İslamazeri.com xəbər verir ki, yanvarın 8-də təxminən 200 etirazçı Fələstinin İrandakı səfiri Salam Zavavinin Tehrandakı iqamətgahına hücum edib. Etirazçılar molotov kokteylləri ataraq binaya ciddi ziyan vurublar.
Hadisə zamanı səfir və bir neçə əməkdaş tüstüdən zəhərlənib və xəsarət alıb. Salam Zavavi xəstəxanaya yerləşdirilib.
İran Hüquq-Mühafizə Qüvvələri (Faraja) hadisəyə müdaxilə edərək səfiri və əməkdaşlarını binanın zirzəmisindən xilas edib. Fələstin nümayəndəliyi İran təhlükəsizlik qüvvələrinə təşəkkür edib.
Qeyd edək ki, xanım səfir uzun illər Fələstinin İrandakı səfiri Salah Zavavinin qızıdır.
Palestinian Ambassador to Iran Salam Al-Zawawi was hospitalized after a mob of protesters stormed her residence in Tehran during violent unrest, forcing her and embassy staff to take shelter until Iranian security forces intervened.https://t.co/EOJIdZMIn4
— Quds News Network (@QudsNen) January 19, 2026