Hərracda, həmçinin Süleyman Qanuni və qızı Mihrimah Sultanın iki portreti alıcılar tərəfindən əldə olunub.
Londonda təşkil edilən İslam dünyası sənət əsərləri hərracında qədim əl işləri satışa çıxarılıb.
İslamazeri.com "Oxu.az"-a istinadən xəbər verir ki, hərracda XIII əsrə aid metal əşyalar, Babur dövrünə aid almaz və zümrüd qaşlı eynək, İran miniatürləri və xalçaları yer alıb.
Bununla yanaşı, ticarət sessiyasında venesiyalı rəssam Titianın XVI əsrin sonu XVII əsrin əvvəllərində çəkdiyi Osmanlı sultanı Süleyman Qanuninin hərəmi Hürrəm Sultanın portreti də alıcı tapıb. 70 min funt-sterlinqə təklif edilən portret 126 min funt-sterlinqə satılıb.