BMT fələstinli məhbusun ölümünün araşdırılmasını tələb edib

BMT fələstinli məhbusun ölümünün araşdırılmasını tələb edib
Yayınlanma tarixi: 3.05.2023 12:31:18

BMT İsraildən fələstinli məhbusun ölümünün araşdırılmasını tələb edib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) fələstinli məhbus Şeyx Hıdır Adnanın sionist rejim həbsxanasında aclıq aksiyasının 86-cı günündə şəhadətinə səbəb olan halların araşdırılmasını tələb edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, gündəlik mətbuat konfransında BMT baş katibinin müavini Fərhan Hak Xıdır Adnanın şəhadəti ilə bağlı bildirib:

“BMT-nin baş katibi Antonio Quterreş vəziyyəti narahatlıqla izləyir. Baş katib bir daha İsraili inzibati həbs praktikasına son qoymağa çağırır. 

İnzibati həbsdə olanların cəzaları dəqiqləşdirilməli, təqsirli olmayanlar təxirə salınmadan azadlığa buraxılmalıdır. İsrail səlahiyyətliləri Adnanın ölümünə səbəb olan şərtlərin hərtərəfli araşdırılmasını təmin etməlidirlər”.

Şeyx Hıdır Adnan 86 günlük aclıq aksiyasından sonra dünən səhər sionist rejimin həbsxanalarında şəhid olub.

Qeyd edək ki, 44 yaşlı Xıdır Adnan Fələstin İslami Cihad hərəkatının üzvü olub, işğalçı qüvvələr tərəfindən özbaşına həbs edilməsinə etiraz olaraq aclıq aksiyası keçirib və səhhəti pisləşsə və işğalçı rejim bu barədə xəbərdarlıq edilsə də, işğalçı rejim buna məhəl qoymayıb.

GÜNÜN MANŞETLERİ