Azərbaycan yeni peyklər buraxacaq

Azərbaycan yeni peyklər buraxacaq
Yayınlanma tarixi: 31.10.2022 14:24:37

"Azərbaycan gələcəkdə yeni peyklər buraxacaq və bununla da yeni məlumatlar kəşf olunacaq".

İslamazeri.com xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” İdarə Heyətinin sədri Saməddin Əsədov “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, telekommunikasiya infrastrukturunun böyük hissəsi peyk fəaliyyətindən asılıdır: "Hamı naviqasiya xidmətlərindən istifadə edir, meteorologiya və iqlim dəyişikliyi araşdırmaçıları isə peyklərin tədqiqat şəkilləri və məlumatlarından yararlanır. Günəş fəaliyyəti və kosmik hava ilə bağlı müzakirələr getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan hökumətinin hazırda üç istismarda olan peyki var. Agentlik olaraq, bu obyektlərin verdiyi məlumatları bir çox iqtisadi sahələrdə tətbiq edirik. Onlar telekommunikasiya infrastrukturunun inkişafında böyük rol oynayır. Günəş və kosmik anomaliyalar peyk infrastrukturuna təsirsiz ötüşmür. Əməliyyatçı olaraq, bu anomallıqdan əziyyət çəkirik. Müxtəlif təşkilatçılardan çoxsaylı məlumatlar əldə edirik və peyklərin fəaliyyətini öncədən görməyə çalışırıq. Müəyyən tədbirlər görürük ki, bu təsirin mənfi nəticələri bir o qədər görsənməsin".

"Azərkosmos"un sədri bildirib ki, Azərbaycanın 2030-cü ilə qədər kosmik sahəsindəki fəaliyyətləri ilə bağlı geniş sənədlər hazırlanır: "Bu gün Azərbaycan kosmik sənayedə etibarlı tərəfdaş olaraq qəbul olunur. Gələn il Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək".

GÜNÜN MANŞETLERİ

Tarif Şurasına yeni səlahiyyət verilib
ÖLKƏ / SİYASƏT

Tarif Şurasına yeni səlahiyyət verilib

8.02.2023 13:42:16
Suriyada matəm elan edilib
DÜNYA / İSLAM DÜNYASI

Suriyada matəm elan edilib

8.02.2023 12:45:55
Türkiyədə zəlzələ qurbanlarının sayı 7 mini keçdi
REGİON / TÜRKİYƏ

Türkiyədə zəlzələ qurbanlarının sayı 7 mini keçdi

8.02.2023 11:31:51
Ayətullah Sistanidən Türkiyə və Suriyaya başsağlığı mesajı
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Sistanidən Türkiyə və Suriyaya başsağlığı mesajı

8.02.2023 11:07:38