Ötən il Azərbaycandan 22 ölkəyə 23 milyon 381 min 284,82 ton həcmində neft ixrac olunub.
İslamazeri.com bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya və Almaniya daxil olub. 2025-ci ildə Azərbaycan İtaliyaya 6 milyard 727 milyon 698,25 min ABŞ dolları dəyərində 13 milyon 111 min 475,6 ton, Çexiyaya 742 milyon 159,1 min ABŞ dolları dəyərində 1 milyon 405 min 59,25 ton, Xorvatiyaya 666 milyon 587 min ABŞ dolları dəyərində 1 milyon 255 min ton xam neft ixrac edib. Rumıniya 598 milyon 454,2 min ABŞ dolları dəyərində 1 milyon 122 min ton və Almaniya 502 milyon 18 min ABŞ dolları məbləğində 956 min 716 ton neft tədarük edilib.
2025-ci ildə Azərbaycan 3 yeni ölkəyə neft ixrac etməyə başlayıb. Belə ki, ötən il ölkəmizdən İsveçrəyə 132 milyon 578,16 min ABŞ dollar dəyərində 260 min 167,23 ton, Danimarkaya 49 milyon 689,27 min ABŞ dolları dəyərində 88 min 157,38 ton və Gürcüstana 1 milyon 586,27 min ABŞ dolları dəyərində 3 min 838,22 ton xam neft göndərilib.