Almaniyada islamafobiya cinayətləri çoxalıb

Almaniyada islamafobiya cinayətləri çoxalıb
Yayınlanma tarixi: 3.12.2022 11:07:46

Almaniya hökuməti 2022-ci ilin üçüncü rübündə 120 islamafobiya cinayətinin qeydə alındığını bildirib.

İslamazeri.com xəbər verir ki, mövzu ilə bağlı Sol Partiyanın qərarına verilən cavabda bu ilin üçüncü rübündə ölkə daxilində müsəlmanlara qarşı 120 İslam əleyhinə cinayətin qeydə alındığı bildirilib.

Bildirilib ki, 20 cinayət əməlində 10 nəfər xəsarət alıb, lakin şübhəli şəxs saxlanılmayıb.

Hökumətin cavabında qeydə alınan cinayətlər arasında "təhqir", "ictimaiyyəti təhrik", "mülkiyyətin məhv edilməsi" və "konstitusiyaya zidd təşkilatların simvollarından istifadə" daxildir.

Məscidlərə isə 11 hücumun təşkil edildiyi bildirilib.

Qeyd edilib ki, Federal Baş Prokurorluq iddia edilən anti-islam və anti-müsəlman cinayətləri ilə bağlı heç bir ilkin icraata başlamayıb.

Qeyd edək ki, Almaniyada İslam əleyhinə hücumlar 2022-ci ilin birinci rübündə 83, ikinci rübdə isə 69 olub.

Ölkədə 2021-ci ildə müsəlmanlara və məscidlərə qarşı 662, 2020-ci ildə 901, 2019-cu ildə isə 884 İslamofobik hücum olub.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43