“Bu gün cəmiyyətdə ixtilaf yaradan hər bir çağırış düşmənin məqsədlərinə xidmət edir.”
İslamazeri.com-un xəbərinə görə, bu sözlərinə Tehran şəhərinin imam-cüməsi Məhəmməd Cavad Hacı Əli Əkbəri bildirib.
O çıxışı zamanı qeyd edib ki, Hörmüz boğazı ilə bağlı məsələlər müzakirə predmeti deyil və milli birlik qorunmalıdır.
O, cümə xütbəsində çıxış edərək vurğulayıb ki, hazırkı dövrdə regionda və dünyada “haqq və batil arasında açıq qarşıdurma” yaşanır və İran həssas, taleyüklü mərhələdən keçir.
İmam-cümə qeyd edib ki, bu şəraitdə milli birlik və həmrəylik əsas prioritetdir: “Bu gün cəmiyyətdə ixtilaf yaradan hər bir çağırış düşmənin məqsədlərinə xidmət edir.”
O, həmçinin bildirib ki, ölkənin təhlükəsizliyi və gücü silahlı qüvvələrin hazırlığı ilə təmin olunur və bu istiqamətdə fəaliyyət yüksək qiymətləndirilməlidir.
Çıxışda iqtisadi məsələlərə də toxunan Hac Əli Əkbəri “müqavimət iqtisadiyyatı” çərçivəsində istehsalın artırılmasının vacibliyini qeyd edib, enerji və resurslara qənaətin əhəmiyyətini vurğulayıb.
O, bazardakı sui-istifadə halları ilə bağlı daha sərt tədbirlərin görülməsini tələb edərək, belə hallara yol verənlərin ciddi şəkildə cəzalandırılmalı olduğunu bildirib.
İmam-cümə əlavə edib ki, regionun gələcəyi xarici müdaxilədən kənar, qonşu ölkələrin əməkdaşlığı əsasında formalaşmalıdır. Onun sözlərinə görə, Hörmüz boğazı və Fars körfəzi ilə bağlı yeni hüquqi yanaşmalar region ölkələrinin iştirakı ilə müəyyən edilə bilər.