Xanım Zeynəb (s.ə) bölgəsində terror aktı: Tanınmış din xadimi həyatını itirdi

Xanım Zeynəb (s.ə) bölgəsində terror aktı: Tanınmış din xadimi həyatını itirdi
Yayınlanma tarixi: 5/2/2026 10:36:21 AM

Xanım Zeynəb (ə) bölgəsində terror aktı: Tanınmış din xadimi həyatını itirdi

İslamazeri.com xəbər verir ki, Suriyadan daxil olan son məlumatlara görə, paytaxt Dəməşq yaxınlığında yerləşən Xanım Zeynəb (ə) bölgəsi ərazisində terror aktı törədilib. Hadisə nəticəsində bölgənin tanınmış din xadimlərindən biri, Seyid Fərhan Mənsur həyatını itirib.

Suriyadakı İslam Alimləri Heyəti tərəfindən yayılan rəsmi məlumata əsasən, terror aktı din xadiminin şəxsi avtomobilinə yerləşdirilmiş uzaqdan idarə olunan partlayıcı qurğunun işə salınması nəticəsində baş verib. Partlayışın insanların sıx olduğu ərazidə törədildiyi bildirilir.

Qeyd edək ki, Seyid Fərhan Mənsur Xanım Zeynəb (ə) məqbərəsi üzrə cümə və camaat imamı kimi fəaliyyət göstərirdi. O, həmçinin Suriyada Əhli-Beyt məktəbinin fəal təmsilçilərindən biri və İslam Alimləri Heyətinin üzvü idi. Din xadimi uzun illər bölgədə dini icmanın birliyi və mənəvi maarifləndirilməsi istiqamətində fəaliyyət göstərmişdi.

GÜNÜN MANŞETLERİ