Zülfüqar qılıncı - Mif yoxsa HƏQİQƏT?

Zülfüqar qılıncı - Mif yoxsa HƏQİQƏT?
Yayınlanma tarixi: 29.03.2024 13:07:29

İslamazeri.com bu haqda məlumatı diqqətinizə çatdırır:

İmam Sadiq (ə) bu buyurub:

Uhud döyüşündə Peyğəmbərin səhabəsi qaçdı. Təkcə Əli və Əbu Dəccanə Peyğəmbərlə qaldılar. Hər zaman Peyğəmbərə (səlləllahi ələyhi və alihi vəs-səlləm) hücüm olanda Əli ələyis-salam onu müdafiə edir və düşmənə hücum edirdi. Nəhayət qılıncı sındı.  Peyğəmbər (səlləllahi ələyhi və alihi vəs-səlləm) də, Cəbrailin onun üçün gətirdiyi “Zülfüqar” adlı öz qılıncını Əli ələyhis-salama əta etdi. (Biharül-ənvar, c. 42, s.66)
İmam Sadiq ələyhis-salam buyurub:

“Əmirəl-möminin qılıncını zülfiqar adlandırlar. Çünki (onun üzərində) qılıncı boyunca bel fəqərələrinə bənzər, xətt var idi. Bu qılıncı Cəbrail səmalardan gətirdi. Onun tutacağı gümüşdən idi. Qılıncı yerə enən zaman nidaçı nida etdi: “La Seyfə İlla Zülfəqar, La Fəta İlla Əli “ (tərcümə: Zülfüqar kimi qılınc, Əli kimi igid yoxdur.” (“İləlüş-şərae”, c. 1, s. 160)

İmam Rza ələyhis-salam buyurub:

Cəbrail (ə) “Zülfüqar”ı səmadan gətirdi. Onun bəzəkləri gümüşdəndir və o qılıncı indi məndədir. (Əl-Kafi, c. 1, s. 234)
İmam Məhəmməd Baqir ələyhis-salam buyurub: “Zülfüqar qılıncına o cəhətdən Zülfüqar deyirlər ki, əgər bir şəxsə vurulsa fəqr və dünyadan,ailə və övladlarından uzaq düşməsinə, axirətdə isə cənnətdən uzaq düşməsinə səbəb olacaq.  (İləlüş-şərae, c. 1, s.160)
Zülfüqar, indi İmam zamanın (əccəlləllahu fərəcəh əl şərif) əlindədir. İmamların nişanəsi odur ki, əziz Peyğəmbərin, Əmirəl-möminin Əli ələyhis-salama verdiyi Zülfüqar adlı qılıncı onların yanındadır. (“Rəsulullahın silahı və qılıncı ondadır.”) (Biharül-ənvar, c. 25,  s.117)
Zühur zamanında, Zülfüqar qılıncı İmam Zamannın (əccəlləllahu fərəcəh əl şərif) əlində olacaq. (Biharül-ənvar, c.52, s.307)

GÜNÜN MANŞETLERİ