1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.07.2019 11:44:12

İran Xarici İşlər naziri Böyük Britanıyanın neft tankerini saxlamasına münasibət bildirib.

İran Xarici İşlər naziri Böyük Britanıyanın neft tankerini saxlamasına münasibət bildirib.

"Böyük Britaniyanın İran tankerini saxlaması piratlıqdır".   Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Twitter” səhifəsində yazıb.  

“İran nə Avropa İttifaqına (Aİ) üzvdür, nə də Avropanın neft sanksiyasına tabedir. Bildiyimə görə, Avropa İttifaqı transsərhəd məhkəmə hakimiyyətinin tətbiqinə qarşıdır. Britaniyanın “B komandası” adına İranın neft yüklü tankerini qanunsuz saxlaması piratlıqdır. Bu təhlükəli bir presedentdir və dərhal ləğv edilməlidir”, - deyə o bildirib.  

Qeyd edək ki, iranlı nazir ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu, İsrailin Baş Naziri Binyamin Netanyahunu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudu və Əbu-Dabinin Vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı “B komandası” adlandırır.   Xatırladaq ki, ötən günlərdə Cəbəllütariq muxtar hökumətində saxlanılan və Suriyaya neft nəqlində şübhəli bilinən tanker İran xam neftini daşıyırmış. Bununla bağlı Böyük Britaniyanın İrandakı səfiri Rob Macaire İran Xarici İşlər Nazirliyinə çağırılıb.  

Cəbəllütariq muxtar hökumətinin başçısı Fabian Picardo hökumət qüvvələrinin neftin Suriyaya çatdıracağından şübhələndikləri tankeri saxladığını və yükün nəzarətə götürüldüyünü deyib. “Grace 1” tankeri Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sanksiyaları pozduğuna görə Böyük Britaniya dəniz qüvvələrinin iştirakı ilə saxlanılıb.   İspaniyanın Xarici İşlər naziri Josep Borrell əməliyyatın ABŞ-ın Britaniyadan istəyi əsasında həyata keçirildiyini deyib.  

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi isə “Twitter” səhifəsində yazıb ki, tanker Britaniya dəniz qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılıb.  

İranın mühafizəkar qrupları tankerin saxlanmasına cavab olaraq rəsmi Londonu Britaniya gəmilərinə qarşı adekvat addımın atılacağı ilə bağlı hədələyib.   Rusiya Xarici İşlər Nazirliyi də İran neftini daşıyan tankerin Britaniyaya məxsus Cəbəllütariq muxtar hökumətində saxlanılmasını pisləyib.

  Xatırladaq ki, Aİ 2011-ci ilin sonunda Suriyaya qarşı sanksiya qərarı qəbul edib və neft embarqosu daxil olmaqla sanksiyaların müddəti 2020-ci il iyunun 1-dək uzadılıb.(azertac)


Zərif: Bu piratlıqdır...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bill Geyts yenə “kasıbladı”: Milyarderlər siyahısındakı yeni yeri
    "Bloomberg" milyarderlə bağlı yeni məlumat yayıb.
     17.07.2019
    İran xarab xarici tankeri öz sularına çəkdi: “Lazımi yardım ediləcək”
    İran XİN rəsmisi məsələ ilə bağlı danışıb.
     17.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ