Ayətullah Sistaninin ofisi fitrə zəkatının miqdarını açıqlayıb

Ayətullah Sistaninin ofisi fitrə zəkatının miqdarını açıqlayıb
Yayınlanma tarixi: 4.04.2024 13:48:21

Fitrə zəkatı haqqında

İslamazeri.com xəbər verir ki, böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaninin Nəcəfdəki ofisi fitrə zəkatının miqdarını açıqlayıb.

Belə ki, açıqlamaya görə, unla hesablanan fitrə zəkatı adambaşına 2.60-3 manat (2000 İraq dinarı) olacaq.

Qeyd edək ki, Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir «sa`» – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verərsə, kifayətdir. Lazım ehtiyat odur ki, öz şəhərində normal olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin.

GÜNÜN MANŞETLERİ