Zəngəzur dəhlizinin təməli qoyuldu

Zəngəzur dəhlizinin təməli qoyuldu
Yayınlanma tarixi: 26.10.2021 15:22:45

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti R.T.Ərdoğan Zəngəzur Dəhlizinin təməlini qoyublar.

Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub.

İslamazeri.com "Report"-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verib.

FOTO

GÜNÜN MANŞETLERİ