Zelenski kəşfiyyatdakı bəzi rəhbər işçiləri vəzifələrindən çıxarıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəis müavini Aleksandr Yakuşevi və bəzi rəhbər işçiləri vəzifəsindən azad edib.
İslamazeri.com xəbər verir ki, Ukrayna Prezidentliyinin saytında dərc olunan Zelenskinin imzaladığı fərmanlara əsasən, Ukrayna kəşfiyyatı SBU-nun rəis müavini Yakuşev, İqtisadi Təminat Departamentinin rəhbəri Aleksandr Provotorov və Dövlət Sirrinin Mühafizəsi və Lisenziyalaşdırma İdarəsinin rəisi İqor Nosko tutduqları vəzifələrdən azad ediliblər.
SBU-nun Zaporojye departamentinin rəhbəri Boris Bezrukini və Sumi şöbəsinin müdiri Eduard Fedorovu da vəzifədən azad edən Zelenski Oleq Krasnoskapkanı Sumi şöbəsinin müdiri təyin edib.
Zelenski həmçinin Oleq Hramovu SBU-nun Dövlət Sirrinin Mühafizəsi və Lisenziyalaşdırma Departamentinin rəhbəri vəzifəsinə təyin edib.